14 noyabr 2016, 14:00

Rasim Əhmədov və başqalarından, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Mingəçevir şəhərinə səfərinizdən sonra ayırdığınız vəsait hesabına yaşayış binalarının yararsız hala düşmüş dam örtüklərinin əsaslı təmir edilməsi yerli sakinlərin ürəyincə olmuşdur. Şəhərimizə olan xüsusi diqqətinizi hamımız hiss edir və buna hədsiz sevinirik. Dam örtüklərinin müasir üslubda təmir olunması bir tərəfdən insanların rahatlığına xidmət edirsə, digər tərəfdən şəhərimizin ümumi mənzərəsinə yeni çalarlar qatır.

Möhtərəm Prezident, görülən işlərə görə Sizə minnətdarlığımızı bildirir, Vətənimizin inkişafı, Azərbaycanın çiçəklənməsi naminə fəaliyyətinizdə daha böyük uğurlar və nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Əhmədov Rasim

Məmmədova Rəna

Məhərrəmov Nişad. 

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.