14 noyabr 2016, 17:00

Məhəmməd Ərsoydan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin “Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır” deməyiniz biz millətçi kəsimdə, həmçinin bütün Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı.

Cənab Prezident, biz Sizi çox istəyirik və inanırıq ki, Qarabağımızı və digər itirdiyimiz torpaqları Sizin komandanlığınız altında tezliklə azad edəcəyik.

Allah Sizə ömür versin ki, bizlər həmin tarixi anları Sizin liderliyiniz, komandalığınız altında yaşayaq. Sizə eşq olsun!

Ruhumuzu yerindən oyatdınız, bir daha qəlbimizi fərəhləndirdiniz...hər zaman olduğu kimi.

Allah Sizi qorusun. Nə yaxşı varsınız.

Hörmətlə,

Ərsoy (Zamanov) Məhəmməd. 

Azərbaycan Respublikası, Bakı şəhəri.