“Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq zamanı İlham Əliyevin nitqi

12 noyabr 2016, 14:45
“Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq zamanı İlham  Əliyevin nitqi

“Qarabağ Taxıl” təsərrüfatı Azərbaycanda ilk pilot layihədir. Bir neçə il bundan əvvəl təsərrüfat yaradılıb və onun yaxşı göstəriciləri var. Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır.

Mən bu gün vəziyyətlə tanış olarkən gördüm ki, bütün işlər yaxşı səviyyədə qurulub, böyük əkin sahələri artıq istifadədədir. Əvvəllər bu torpaqlardan demək olar ki, istifadə olunmurdu. Bax, o stendlərdəki fotoşəkillər bunu göstərir. Mənə verilən məlumata görə, indi burada ərzaq buğdası üzrə məhsuldarlıq hektardan 57 sentnerdir. Hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki ölkə üzrə orta məhsuldarlıq 30 sentnerdir. Biz bunu da yaxşı nəticə kimi qəbul edirik. Çünki əvvəlki illərdə 20-22 sentner idi. Sizdə isə 57 sentnerdir. Bu, onu göstərir ki, əgər düzgün yanaşma olarsa, bütün məsələləri ən yüksək səviyyədə həll etmək olar. Buradakı məhsuldarlıq demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır.

“Qarabağ Taxıl” böyük təsərrüfatdır. Böyük investisiyalar qoyulub, o cümlədən dövlət tərəfindən maddi dəstək göstərilib, güzəştli şərtlərlə kredit ayrılmışdır və bu, dövlət-özəl sektorun birgə fəaliyyətinin nəticəsidir.

Bu gün bu təsərrüfatın fəaliyyəti ərzaq təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Azərbaycanda ilk dəfə olaraq məhz sizin təsərrüfatınızda soya əkilibdir. Bu da çox müsbət haldır. Əfsuslar olsun ki, əvvəlki illərdə bizdə soya əkilmirdi. Baxmayaraq ki, bu, çox səmərəli sahədir və il ərzində soya idxalı üçün Azərbaycandan xaricə 50 milyon dollardan çox pul gedir. İndi əgər biz özümüzü soya ilə təmin etsək, - qarşıya belə vəzifə qoyulub, - bu pul ölkəmizdə qalacaq. İkincisi isə, biz gələcəkdə soyanı ixrac da etməliyik. Bunun üçün imkanlar var. Siz - kənd təsərrüfatı ilə məşğul olan insanlar bunu yaxşı bilirsiniz.

Beləliklə, biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik.

Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq. Qeyd etdiyim kimi, taxılçılıqda ərzaq buğdası hektardan 57 sentnerdir. Əgər ölkə üzrə məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik. Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir. Dövlət öz tərəfindən nə lazımdırsa onu edir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır. Bax, bu yol dövlət tərəfindən tikilibdir. Digər infrastruktur layihələri, elektrik enerjisi ilə bağlı layihələr də icra olunur ki, emal müəssisələri inkişaf etsin. Dövlət öz dəstəyini göstərir. Belə olan halda işlər daha sürətlə gedəcək.

Bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq.

Beyləqan rayonunda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar, böyük torpaq sahələri var. İndi Beyləqanda pambıqçılığın inkişafı sürətlə gedir. Bu il və xüsusilə gələn il minlərlə hektarda pambıq əkiləcəkdir. Bu da fermerlərə pul gətirir.

Digər vacib sahələr də diqqət mərkəzindədir. İndi fermerləri və kənd camaatını çox maraqlandıran sahə baramaçılıqdır. Bu istiqamətdə də çox ciddi addımlar atılır. Bu da insanların həyat səviyyəsini yaxşılaşdırır. Biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, şəkər emalı zavodumuz yerli məhsul əsasında işləsin. Bu istiqamətdə işlər aparılır və aparılmalıdır.

Hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Biz artıq bu məqsədə çox yaxınlaşmışıq. Hələ ki, süd məhsulları ilə özümüzü təqribən 80 faiz təmin edirik. Buğda ilə özümüzü hələ ki, tam təmin edə bilmirik. Digər əsas ərzaq məhsulları da Azərbaycanda istehsal olunur.

Mən sizi görülən işlər münasibətilə təbrik edirəm. Arzu edirəm ki, “Qarabağ Taxıl” öz fəaliyyətini genişləndirsin, həm bu ərazidə, eyni zamanda, digər sahələrdə. Sizdə işlər yaxşı alınır, yaxşı nəticələr var. Mən gəlmişəm ki, bu nəticələri öz gözümlə görüm və sizi əldə edilmiş nəticələrlə, nailiyyətlərlə təbrik edim.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51