16 noyabr 2016, 20:35

Yeganə Süleymanovadan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

İnkaredilməz faktdır ki, Sumqayıta həmişə xüsusi diqqət və qayğı göstərmisiniz. Sizin sayənizdə şəhərimizin əsl yüksəliş dövrü başlayıb. Sumqayıtda aparılan abadlıq-quruculuq işləri Sizin diqqətinizin nəticəsidir.

Gündən-günə gözəlləşən Sumqayıtımıza olan qayğınıza, şəhər sakinlərinə göstərdiyiniz xoş münasibətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, sumqayıtlıların tutduğu yol dirçəliş, tərəqqi, inkişaf yoludur. Bu yolda əlimizdən gələni etmişik və edəcəyik.

Hörmətlə,

Süleymanova Yeganə.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.