22 noyabr 2016, 14:50

Şaiq Quliyevdən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada Xocalı rayon  Kosalar kənd tam orta məktəbinin şagirdləri də fəal iştirak etdilər. Aksiya çərçivəsində Quba, Qusar, Xaçmaz rayonlarına edilən səfərlər şagirdlərə ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər Əliyevin siyasi irsi, Ulu Öndərin rəhbərliyi altında milli dövlət quruculuğu sahəsində əldə olunmuş misilsiz nailiyyətlər, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhərin və rayonun nümunəsində tanış olmaq imkanı yaratdı.

Aksiyada iştirak edən şagirdlərin arzusu Qarabağımızı, o cümlədən Xocalımızı və digər işğal olunmuş torpaqlarımızı düşmən tapdağından tezliklə azad olunacağı günü görmək, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçılarını Xocalı şəhərində qarşılamaqdır. 

Cənab Prezident, biz - Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagirdləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının həyata keçirilməsi ilə bağlı təşəbbüsünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Allahdan Sizə uzun ömür və möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə, 

Quliyev Şaiq Rafiq oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.