23 noyabr 2016, 11:30

Gülzar Quliyevadan, Biləsuvar, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada mən də iştirak etdim.

Bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlər, Sizin həyata keçirdiyiniz dinamik sosial-iqtisadi inkişaf ilə hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.

Yüksək səviyyədə təşkil olunan ekskursiyaya görə bütün şagirdlər adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Quliyeva Gülzar Zahid qızı, XI sinif şagirdi.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Çinarlı kəndi.