Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

2010-cu il aprelin 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size Plus Minus

10 iyun 2010, 11:49

1. 2010-cu il aprelin 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Küveyt Dövləti Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2010-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi