24 noyabr 2016, 15:05

Anar Rəsulzadədən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüz və tapşırığınızla keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada mən də iştirak etdim. Ölkəmizin şimal zonasını gəzdim, Quba, Qusar, Xaçmaz rayonlarının görməli yerlərinə səyahət etdim, tarixi və coğrafiyası ilə əyani şəkildə tanış oldum. Getdiyimiz hər yerdə bizi yüksək səviyyədə qarşıladılar. Sizin qayğınızı hər addımda hiss etdik. Biz, həmçinin ölkəmizdə gedən böyük iqtisadi inkişafın şahidi olduq.

Əziz Prezidentimiz, bizə göstərdiyiniz bu diqqətə görə bütün məktəblilər, müəllimlər və valideynlər adından Sizə təşəkkür edirik. Sizə söz verirəm ki, ölkəmizə layiqli vətəndaş olacağam.

Mən fəxr edirəm ki, müstəqil Azərbaycanın vətəndaşıyam.

Hörmətlə,

Rəsulzadə Anar Tacəddin oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu, Zarağan kəndi.