Gerb

26 noyabr 2016, 12:00

Hörmətli cənab Prezident,

Məcburi köçkünlərə göstərdiyiniz qayğınıza, həmçinin aprel hadisələrindən sonra cəbhəyanı kəndlərdə yaşayan sakinlərə dəymiş ziyanın qısa müddətdə yüksək səviyyədə aradan qaldırılmasına görə Sizə minnətdarlığımızı çatdırırıq.

Sizin fəaliyyətinizdə xalqa bəslənən sevgini, Vətənə bağlılığı, dövlətə sadiqliyi görürük. Ona görə də xalq Sizi sevir və hər an ətrafınızda sıx birləşməyə hazırdır. Biz - Ağdam rayon sakinləri apardığınız daxili və xarici siyasətinizi bəyənir, dəstəkləyirik. İnanırıq ki, qısa müddətdə torpaqlarımız azad olunacaqdır. İşğalçı erməni silahlı qüvvələri aprel əməliyyatından nəticə çıxarmalı, Azərbaycan Ordusunun gücünün, qüdrətinin qarşısında aciz olduğunu görüb geri çəkilməlidir.  

Cənab Prezident, düşmən qarşısında qazandığımız bu üstünlük Sizin uzaqgörən siyasətinizin, orduya göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. Bir daha Sizə “Çox sağ olun” deyir, səmimi minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Abdullayev Dadaş Camal oğlu

Hüseynov Söhbət Allahverdi oğlu

Quliyev Hətəm Baqret oğlu

Əliyev Mərdan Hidayət oğlu və başqaları.

Azərbaycan Respublikası, Ağdam rayonu.