Gerb

17 may 2011, 11:00
W1siziisijiwmtuvmdyvmtuvm3pvz3k1egvonf81njkxlmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=5f1e09719142985f

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klausun rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Prezidenti Vatslav Klausu və xanımı Liviya Klausovanı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Çexiya Prezidentinə raport verdi.

Çexiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Çexiya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vatslav Klausa, Çexiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər və Çexiyanın birinci xanımı rəsmi foto çəkdirdilər.


Böyük ölçüdə