Gerb

26 noyabr 2016, 12:50

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində biz Lənkəran, Astara və Masallı rayonlarına səyahət etdik, cənub regionu ilə yaxından tanış olduq. Belə səfərin təşkil edilməsindən, şagirdlərə diqqət göstərilməsindən çox razı qaldıq. Bu aksiyanın dünya görüşümüzün artmasında rolu böyükdür.

Cənab Prezident, ölkəmizi  yaxından tanımaq, onun tarixini, mədəniyyətini öyrənmək üçün şərait yaratdığınıza görə Sizə təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Əlizadə Nicat İsa oğlu

Abbasov Nigar Rövşən qızı

Hüseynov Sərxan Qəhrəman oğlu.

Azərbaycan Respublikası, Daşkəsən rayonu.