26 noyabr 2016, 13:00

Novruz Əliyevdən, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bir şəhid ailəsi olaraq Sizi və ailənizi səmimi qəlbdən salamlayır, Sizə işinizdə yeni-yeni uğurlar arzu edirik. Sizin dövlətimizin bu gün və sabahı üçün gördüyünüz işlər bizi gələcəyə daha da ruhlandırır.

Cənab Ali Baş Komandan, apreldə Ordumuzun cəbhədə qazandığı qələbə hamı kimi, bizi də sevindirir. Ordumuzun göstərdiyi şücaət şəhidlərimizin qanının yerdə qalmayacağını bir daha sübut etdi.

Möhtərəm Prezident, mən və ailəm Sizin əmrinizi gözləyir və Vətən, dövlət uğrunda qanımızdan, canımızdan keçməyə hazırıq. Sizin siyasəti dəstəkləyir və Sizin ətrafınızda yumruq kimi birləşmişik. Biləsuvar sakinləri Sizi həmişə dəstəkləyib və dəstəkləyəcəklər. Bir daha Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Novruz Hüseyn oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Biləsuvar rayonu.