İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

29 noyabr 2016, 11:00
İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransında iştirakının önəmini qeyd etdi və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını dedi. Son vaxtlar ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərin həllini tapdığını və uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaqlar.

Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

Nazir Mahmud Vaezi dedi: “Cənab Prezident Həsən Ruhani İranda baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı ölkəmizə və İran Prezidentinə verdiyiniz başsağlığına görə Sizə minnətdarlığını çatdırmağı məndən xahiş etdi”. İki ölkə Prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduqlarını deyən Mahmud Vaezi bildirdi ki, əgər bu gün biz ölkələrimizin mənafeyinə uyğun lazım olan addımlar ata biliriksə, bu, hər iki Prezidentin dəstəyi sayəsində mümkün olub. Mahmud Vaezi İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının gördüyü işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:08
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

07 may 2024, 18:08
SƏNƏDLƏR Sərəncamlar 07 may 2024
18:06
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli...

07 may 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
18:02
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral...

07 may 2024, 18:02
SƏNƏDLƏR Qanunlar 07 may 2024
18:00
“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 8-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda...

07 may 2024, 18:00
SƏNƏDLƏR Fərmanlar 07 may 2024
17:58
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının...

07 may 2024, 17:58
SƏNƏDLƏR Fərmanlar 06 may 2024
12:39
“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il martın 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası...

06 may 2024, 12:39