Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Rumıniyanı dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 noyabr 2016-cı il.