Əhməd İsayevdən, Zaqatala, Azərbaycan
17 may 2011, 14:00
Möhtərəm Prezident!
Ölkəmizdə hər bir sahədə korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlər, o cümlədən respublikamızın sosial-iqtisadi inkişafı naminə atılan addımlar çox xoşuma gəlir və məni hədsiz sevindirir.
Görülən bu işlərin nəticəsi olaraq yerlərdə dövlət orqanları tərəfindən bizə göstərilən xidmətin səviyyəsi yüksəlib və süründürməçiliyə, demək olar ki, son qoyulub. Artıq məmurlar tərəfindən vətəndaşların qarşısına qoyulan bürokratik əngəllər aradan qaldırılıb. Odur ki, görülən bu işlərə görə, Sizə təşəkkür edirəm və gələcək işlərinizdə Sizə uğurlar arzulayıram.
Dərin hörmətlə,
İsayev Əhməd
Azərbaycan Respublikası, Zaqatala şəhəri,
F.Əmirov küçəsi, ev 42, mənzil 7.