Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
10 iyun 2010, 11:50
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 1 fevral tarixli 946-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 9, maddə 872; 2008-ci il, №3, maddələr 169, 186, №5, maddə 364, №6, maddələr 483, 504, №12, maddə 1057; 2009-cu il, №2, maddələr 59, 69, 73, №5, maddə 321, №6, maddə 421; 2010-cu il, №2, maddə 80, №3, maddələr 180, 184, 193) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin Siyahısı”nın 9.1-ci bəndində “187-1-ci maddəsində” sözləri “187-1-ci və 187-2-ci maddələrində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2010-cu il.
