17 may 2011, 14:30

Xalq artistləri Zemfira Nərimanova və Firəngiz Mütəllibovadan, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Bu günlərdə Azərbaycan xalqı bir-birinin ardınca möhtəşəm bayramlar yaşamaqdadır. Ulu öndər Heydər Əliyev məktəbinin davamçısı olaraq Sizin məqsədyönlü siyasətinizin nəticəsidir ki, üçrəngli bayrağımız daim yüksəkliklərdə dalğalanır və bütün dünya bu bayrağa hörmət edir. Ümummilli liderimiz, mərhum Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğını biz incəsənət xadimləri Sizin timsalınızda bu gün də hiss edirik. 35 il Azərbaycan teatrına xidmət etmiş aktrisalar kimi Sizin müvafiq sərəncamınızla Prezident mükafatına layiq görülməyimiz bizim üçün böyük fəxrdir və buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, inanırıq ki, Eurovision kimi mötəbər müsabiqədə qazandığımız qələbənin davamını Sizin sayənizdə gələcək illərdə də çox görəcəyik. Ona görə də biz Sizinlə fəxr edirik. Sizə və ailənizə cansağlığı arzulayır, bu xoş günləri bizə bəxş etdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk.

Xalq artistləri Zemfira Nərimanova, Firəngiz Mütəllibova
Bakı şəhəri, Azərbaycan Respublikası.