01 dekabr 2016, 14:20

Günay Hüseynovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin daxili və xarici siyasətinizi bəyənir, regionların sosial-iqtisadi inkişafı məqsədilə imzaladığınız sərəncamları dəstəkləyirik. Həmin regionların içərisində Sumqayıt şəhərinin də olması bizi çox sevindirir. Son aylarda görülən işlər nəticəsində şəhərimiz çox gözəlləşib. Yeni salınan bulvar kompleksi isə Sizin də dediyiniz kimi, bir möcüzədir. Bu şəhərin sakini olduğum üçün fəxr hissi duyuram.

Cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Hüseynova Günay Dəyanət qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.