02 dekabr 2016, 14:15

Könül Əbdülrəhmanova, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində bu gün Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Aparılan quruculuq işləri bir daha sübut edir ki, Sumqayıtın inkişafını daim diqqətdə saxlayırsınız. Şəhərə göstərdiyiniz diqqət və qayğıya görə 66, 67, 68, 63 saylı körpələr evi və uşaq bağçalarının kollektivi adından Sizə öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayırıq. Tanrı Sizi qorusun!

Hörmətlə,

Əbdülrəhmanova Könül Telman qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.