07 dekabr 2016, 14:30

Əfras Əsgərovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Sərəncamınızla Sabirabad rayonunun Zəngənə kəndinə çox gözəl və müasir tələblərə cavab verən avtomobil yolu çəkilib istifadəyə verilib. Bu yolun kəndimizin sosial-iqtisadi və mədəni həyatında müsbət rol oynayacağı, inkişafa yeni təkan verəcəyi şübhəsizdir.

Cənab Prezident, kənd sakinlərinin çox böyük  sevincinə səbəb olan, həyatımız boyu unutmayacağımız bu işin icrasına görə Sizə dərin təşəkkürümüzü bildiririk. Allah dualarımızı qəbul etsin, hər zaman Sizi pənahında saxlasın.

Hörmətlə,

Əsgərov Əfras Əmir oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Zəngənə kəndi.