Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.2-ci maddədə “müvafiq icra hakimiyyəti” sözləri “dövlət” sözü ilə əvəz edilsin.
2. həmin Qanunun 1 nömrəli əlavəsinin 7-ci maddəsi ləğv edilsin.
3. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 5-ci maddə əlavə edilsin:
5.
|
Teleradio yayımı fəaliyyəti:
|
5.1.
|
ümumrespublika televiziya yayımı
|
5.2.
|
Bakı şəhəri üzrə televiziya yayımı
|
5.3.
|
regional televiziya yayımı
|
5.4.
|
ümumrespublika radio yayımı
|
5.5.
|
Bakı şəhəri üzrə radio yayımı
|
5.6.
|
regional radio yayımı
|
5.7.
|
əlavə informasiya yayımı
|
5.8.
|
abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı
|
5.9.
|
abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı
|
5.10.
|
peyk yayımı
|
5.11.
|
xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət
|
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 noyabr 2016-cı il.