09 dekabr 2016, 15:20

Mübariz Həsənov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu il aprelində cəbhədə baş verən hadisələrdən dərhal sonra rayonumuza gəlib ziyan çəkmiş evlərə baxış keçirdiniz. Siz o vaxt bizim həyətimizdə də olmuşdunuz. Sizin gəlişiniz bizə ürək-dirək verdi, dərdimizi unutdurdu. Sizin tapşırığınızla evimizdə təmir-bərpa işləri aparıldı. Bir daha əmin olduq ki, arxamızda Prezidentimiz, dövlətimiz dayanır.

Bu günlərdə isə Siz cəbhə bölgəsinə səfəriniz çərçivəsində yenidən ailəmizin əziz qonağı oldunuz, bərpa olunmuş evimizdə bizimlə görüşüb səmimi söhbət etdiniz. Bu, əhval-ruhiyyəmizi daha da yüksəltdi, güvənimizi artırdı.

Cənab Prezident, göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, işğal altında olan torpaqlarımız Sizin – Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə geri qaytarılacaq, həmin ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış evlərin yerində əvvəlkindən də yaxşıları tikiləcəkdir. Tanrı Sizi qorusun.

Hörmətlə,

Həsənov Mübariz

Qarayeva Fəxrəndə və ailə üzvləri.

Azərbaycan Respublikası, Tərtər rayonu.