İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

12 dekabr 2016, 10:40
İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin, Mərkəzin İdarə Heyətinin üzvləri, Serbiyanın sabiq Prezidenti Boris Tadiçin, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovun, Albaniyanın sabiq Prezidenti Recep Meydaninin, Latviyanın sabiq Prezidenti Valdis Zatlersin və Moldovanın sabiq Prezidenti Petru Luçinskinin daxil olduqları nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı qonaqları salamlayaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım tədbirində iştiraklarına görə onlara minnətdarlığını bildirdi.

İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin dedi: “Cənab Prezident, bu, bizim üçün böyük şərəfdir. Bu, Sizin atanız böyük şəxsiyyət, sözün əsl mənasında, ümummilli lider Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramın təzahürüdür”.

Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa qeyd etdi ki, biz bu gün Azərbaycan xalqının ümummilli lideri və müasir Azərbaycanın banisi Heydər Əliyevin anım günündə Sizinlə və xalqınızla birlikdəyik. Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirən xanım Vayra Vike-Freyberqa Heydər Əliyevin böyük təcrübəyə malik lider olduğunu dedi.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Bakıya səfəri zamanı Ulu Öndərlə görüşlərini məmnunluqla xatırladı.

Ulu Öndərlə bağlı dərin xatirələrə malik olduğunu deyən Moldovanın sabiq Prezidenti Petru Luçinski onun böyük şəxsiyyət kimi Azərbaycanın müstəqilliyinin təmin olunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayaraq Azərbaycanın bugünkü inkişafının və firavanlığının əldə olunmasında Prezident İlham Əliyevin rolunu xüsusi olaraq qeyd etdi.

Prezident İlham Əliyev dedi: “Ulu öndər Heydər Əliyev daim Azərbaycanın müstəqilliyi uğrunda çalışıb. Məhz onun yorulmaz səyləri nəticəsində ölkəmiz əsl müstəqillik əldə edib. O, xalqımızın ümummilli lideri kimi Sovet sistemindən müstəqilliyə keçid dövrünü təmin etmişdir. Heydər Əliyev o vaxtkı Kommunist Partiyasının rəhbərliyini açıq şəkildə ittiham edən ilk insanlardan biri olmuşdur. Bu, hələ Sovet İttifaqı dağılmamışdan iki il qabaq baş vermişdi. O, hələ 1990-cı ildə Azərbaycanın müstəqilliyinin zəruriliyini bəyan edən ilk insanlardan idi. 1990-cı ilin yanvarında sovet ordusu Bakıda yüzdən artıq günahsız adamın həlak olması ilə nəticələnən Qanlı Yanvar hadisələrini törədən zaman o, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mən də onunla bir yerdə idim. Orada xeyli sayda azərbaycanlılar toplaşmışdılar və onlar Heydər Əliyevə böyük dəstək nümayiş etdirdilər. Heydər Əliyev orada Qanlı Yanvar hadisələrinə görə SSRİ-nin siyasi rəhbərliyini kəskin şəkildə ittiham etdi və bundan sonra Kommunist Partiyası sıralarından çıxdı. O zaman Heydər Əliyev işləmirdi, təqaüddə idi, sovet rəhbərliyi ona qarşı böyük təbliğat kampaniyasına başlamışdı, ona təzyiqlər edir, hətta həbs etmək istəyirdilər. Belə çətin şəraitdə Bakıya gəlmək qərarı verdi. Bakıda minlərlə insan onun ətrafına toplaşır və ona öz dəstəklərini göstərirdilər. Bundan narahat olan Azərbaycanın o vaxtkı rəhbərliyi ona Bakıda da ciddi təzyiqlər göstərməyə başladılar. Heydər Əliyev doğulduğu Naxçıvan şəhərinə getdi”.

Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətinə toxunan dövlətimizin başçısı xalq tərəfindən Heydər Əliyevin Naxçıvanın Ali Sovetinin sədri seçildiyini vurğuladı və hələ 1990-cı ildə Azərbaycanın ilk demokratik respublikasının bayrağını dövlət bayrağı kimi qaldırdığını və bu bayrağın Azərbaycan Respublikasının bayrağı kimi qəbul edilməsi ilə bağlı Azərbaycan parlamentinə müraciət etdiyini dedi. Dövlətimizin başçısı 1991-ci ildə Sovet İttifaqının saxlanılması ilə bağlı keçirilən referendumun o vaxt Naxçıvan tərəfindən boykot edildiyini də dedi. Prezident İlham Əliyev daha sonra bildirdi ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, sabitlik və əmin-amanlıq təmin edildi və yeni inkişafın başlanğıcı qoyuldu. Dövlətimizin başçısı Ulu Öndərin müasir Azərbaycanın dövlət quruculuğunda müstəsna xidmətlərinin xalq tərəfindən daim ehtiramla xatırlandığını dedi.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51