13 dekabr 2016, 16:50

İsa Novruzovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Doğma şəhərimiz Sumqayıtın abadlaşdırılmasında, gündən-günə çiçəklənməsində Sizin böyük rolunuz danılmazdır. Tikilən yaraşıqlı binalar, yeni salınan və gözəlləşən parklar müasir tələblərə tam cavab verir.

Cənab Prezident, Sumqayıta və onun sakinlərinə xüsusi diqqət göstərdiyiniz üçün Sizə minnətdarıq. Bütün bu işlərə görə Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Novruzov İsa Əli oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.