İlham Əliyev Rusiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

16 dekabr 2016, 16:00
İlham Əliyev Rusiya Baş nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daim yüksək səviyyədə əməkdaşlıq, dostluq, qarşılıqlı anlaşma prinsipləri ilə xarakterizə olunduğunu bildirərək, bu prinsiplərin əlaqələrimizin müxtəlif istiqamətlərini, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika sahələrində sıx qarşılıqlı fəaliyyət ənənələri əsasında uğurla inkişaf etdiyini dedi. Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan Prezident İlham Əliyev bu gün komissiyanın Bakıda keçirilən iclası zamanı əməkdaşlıqla bağlı müxtəlif məsələlərin konstruktiv və uğurlu şəkildə müzakirə edildiyini vurğuladı. Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, bu əlaqələr son dövrlərdə daha sürətlə inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri bunun yaxşı göstəricisidir. Dövlətimizin başçısı qeyd etdi ki, bu baxımdan Rusiya Federasiyasının Prezidentinin son üç ildə Azərbaycana üç dəfə səfər etməsi əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Rusiya Federasiyası Baş nazirin müavini Dmitri Roqozin Hökumətlərarası Birgə İqtisadi Komissiya çərçivəsində mütəmadi iclasların keçirilməsinin önəmini qeyd etdi. Dmitri Roqozin bildirdi ki, bu komissiya iqtisadi, ticarət, elmi-texniki, mədəniyyət sahələrində əməkdaşlıqla yanaşı, həmin məsələlərin operativ şəkildə həll edilməsində bir orqana çevrilib. Rusiya Baş nazirinin müavini dedi ki, Rusiya-Azərbaycan əlaqələri artıq yeni istiqamətləri əhatə edərək yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açır.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04