20 dekabr 2016, 19:00

Nigar Məmmədova, Zərdab, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Bu yaxınlarda bizim kəndin sakinləri əlamətdar bir hadisənin şahidi oldular. Kəndimizə təbii qazın verilməsi hər kəsi hədsiz sevindirib. Hazırda havaların çox soyuq keçdiyini nəzərə alsaq, mavi yanacaqla təmin olunmağımız lap yerinə düşdü.

Cənab Prezident, bu sevinci bizə bəxş etdiyiniz üçün kəndimizin sakinləri adından Sizə təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun!

Hörmətlə,

Məmmədova Nigar Cəmil qızı

Azərbaycan Respublikası, Zərdab rayonu, Əlvənd kəndi.