“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

21 dekabr 2016, 21:00

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 26-cı bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 139-VQD nömrəli Qanununun tətbiqi ilə bağlı qərara alır:

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000, № 7, maddə 489; 2001, № 11, maddə 686, № 12, maddə 736; 2002, № 5, maddələr 241, 248; 2003, № 1, maddələr 1, 16, №12, I kitab, maddə 673; 2006, № 8, maddə 657; 2007, № 8, maddə 745, №10, maddə 938; 2008, № 2, maddə 49, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2013, № 11, maddə 1283; 2014, № 4, maddə 333, № 10, maddə 1156) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulanın birinci hissəsinə “orqanları” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (bundan sonra - qurumlar)” sözləri əlavə edilsin.

2. 2-ci maddənin 3-cü hissəsində “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin.

3. 3-cü maddənin 2-ci hissəsinə “orqanlarının” sözündən sonra “və qurumların” sözləri əlavə edilsin.

4. 6-cı maddənin 1-ci hissəsinin on dördüncü bəndində “orqanların” sözü “qurumların” sözləri ilə əvəz edilsin.

5. 12-ci maddənin 4-cü hissəsində “orqanların” sözü “qurumların” sözü ilə əvəz edilsin və həmin hissəyə hər iki halda “orqanlar” sözündən sonra “, qurumlar” sözü əlavə edilsin.

6. 13-cü maddə üzrə:

6.1. adında və 1-ci hissəsinin birinci bəndinin birinci cümləsində “dövlət nəzarəti” sözləri “nəzarət” sözü ilə əvəz edilsin;

6.2. 1-ci hissənin birinci bəndinin ikinci cümləsində “orqanlar” sözü “orqan və qurumlar” sözləri ilə əvəz edilsin;

6.3. 1-ci hissənin ikinci bəndində “dövlət nəzarət orqanlarının” sözləri “orqanların (qurumların)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 noyabr 2016-cı il.