LUKOYL şirkətinin prezidenti Vahid Ələkbərovdan

22 dekabr 2016, 17:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

55 illik yubileyiniz münasibətilə ürəkdən gələn, ən səmimi təbriklərimi qəbul edin.

Bu əlamətdar gündə Sizə - enerjili, istedadlı, təcrübəli liderə, uzaqgörən və müdrik dövlət rəhbərinə bir daha səmimi ehtiramımı və minnətdarlığımı bildirmək istərdim.

Sizin rəhbərliyinizlə Azərbaycan regionda və bütün dünyada sabitliyin və tərəqqinin mühüm amilinə çevrilib. Ölkəniz sosial-iqtisadi potensialın inkişaf etdirilməsi və dərinləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılması və xarici ölkələrlə geniş ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində sanballı uğurlar qazanıb.

LUKOYL ilə Azərbaycanı çoxillik və mehriban əməkdaşlıq münasibətləri bağlayır.

Hörmətli İlham Heydər oğlu, ölkənizin ərazisində bizim şirkətin fəaliyyətini şəxsən dəstəklədiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, biz ölkələrimizin xalqlarının mənafeyi naminə azərbaycanlı tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətin daha da genişlənməsi və dərinləşməsi üçün bundan sonra da hər cür səy göstərəcəyik.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə məsul işinizdə yeni, parlaq uğurlar arzulayıram.

 

Hörmətlə,

Vahid Ələkbərov

LUKOYL şirkətinin prezidenti