19 may 2011, 14:00

Seyidağa Kazımovdan, Saatlı, Azərbaycan

Hörmətli Prezident İlham Əliyev!

Sizi bütün Saatlı rayon ağsaqqalları adından salamlayıram. May ayının 6-da rayonumuzda olarkən mən şəxsən Sizinlə görüşmək şərəfinə nail oldum. Bu gün də mən və mənim ailə üzvlərim həmin görüşün xoş təəssüratları ilə yaşayırlar.

Axşam Azərbaycan televiziyasında xəbərlər proqramına baxarkən Sizin əsl rəhbər kimi atalıq qayğısı göstərərək rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün pul ayırdığınızı eşitdik. Bununla Siz bütün saatlıları bir daha sevindirdiniz. Allah Sizi bəlalardan qorusun.

Hörmətlə,

Seyidağa Kazımov
Azərbaycan Respublikası, Saatlı rayonu.