24 dekabr 2016, 15:00

Mətanət İsmayılova və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezidentimiz,

Ölkəmizdə aparılan davamlı abadlıq-quruculuq işləri bizim şəhərimizdə də geniş vüsət alıb. Həyata keçirilən böyük layihələrlə bərabər, bütün küçə və parkların yaşıllaşdırılması, dekorativ gül-çiçəklə bəzədilməsi şəhərimizə fərqli bir gözəllik verir.

Şəhərimizin abadlaşdırılması üçün aparılan bu işlər tibb müəssisələrində də uğurla davam etdirilir. İşlədiyimiz 1 nömrəli şəhər poliklinikası bu yaxınlarda əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildi. Bu, həm tibb işçilərinin, həm də şəhər əhalisinin böyük ruh yüksəkliyinə səbəb oldu. Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə kollektivimiz adından sonsuz minnətdarlığımızı bildiririk. Bu şərəfli işinizdə Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq.

1 saylı şəhər poliklinikasının kollektivi adından dərin hörmət və ehtiramla,

İsmayılova Mətanət

Əliyeva Sevil

Xanırzayeva Firona.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.