24 dekabr 2016, 17:30

Mətin Abbaslıdan, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezidenti,

Ulu öndərimiz Heydər Əliyevin dəsti-xətti ilə 13 ildir ki, Azərbaycan əmin əllərdədir. Bu, sadəcə inkişaf deyil, bütöv bir məmləkətin simasının dəyişikliyi, regional tərəqqiyə imkan verəcək mətin addımlardan xəbər verən siyasətdir. Yaşadıq, gördük və yaşamağa dəyər deyərək həyatımızı və dövlətimizi gücləndirə bildik. Budur, Azərbaycan həqiqətləri. Bu, Sizin sayənizdə mümkün olan bir reallıqdır. Bir həqiqət var ki, müasir Azərbaycanı dünyaya tanıdan bu siyasətin arxasında xalqın etimadını qazanan və bu etimadın haqqını ən yüksək səviyyədə ödəyən Sizin – cənab Prezident İlham Əliyevin imzası dayanır.

Cənab Prezident, bu gün Sizin sayənizdə paytaxtımız gözəl Bakıdan tutmuş blokada şəraitində inkişafı ilə dünyanı heyran qoyan Naxçıvana kimi hər yer gülüstana çevrilir. Əlli milyonluq azərbaycanlının sinəsində döyünən ürək Sizə olan məhəbbətin təzahürüdür.

Cənab Prezident, Sizin rəhbərliyiniz ilə görülən tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir. Möhtəşəm layihələrin həyata keçirilməsi sayəsində Naxçıvan ölkəmizin aparıcı sənaye mərkəzlərindən, ekoloji cəhətdən təmiz və gözəl şəhərlərindən birinə çevrilir. Biz Azərbaycan vətəndaşları olaraq bu işləri yüksək qiymətləndirir və bütün bunlara görə Sizə “çox sağ olun” deyirik.

Hörmətlə,

Abbaslı Mətin Natiq oğlu.

Azərbaycan Respublikası, Naxçıvan MR, Şahbuz rayonu.