27 dekabr 2016, 12:30

Fərəc Dadaşovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza əsasən dekabr ayının 22-də təbii qazın və elektrik enerjisinin güzəştli limitinin artırılması ilə əlaqədar Tarif Şurasının qərarı Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin hədsiz sevincinə səbəb oldu.

Cənab Prezident, biz Qarabağ Əlilləri Veteranları İctimai Birliyinin üzvləri, rayonda yaşayan imtiyazlı şəxslər Sizi doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Sizi əmin edirik ki, biz dövlətimizə qarşı çıxanların qarşısında, ölkəmizin və Prezidentimizin yanındayıq.

Qarabağ Əlilləri Veteranları İctimai Birliyinin üzvləri adından dərin hörmətlə,

Dadaşov Fərəc.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.