Gerb

05 yanvar 2017, 12:15

Möhtərəm cənab Prezident,

Tarif Şurasına elektrik enerjisi və təbii qazın limitinin artırılmasına dair verdiyiniz göstərişə görə Zaqatala rayonunun ağsaqqalları adından Sizə minnətdarlığımızı bildiririk. Qazın istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisi üzrə aylıq istehlak həcminin 250 klovat-saatdan 300 klovat saatadək artırılması aztəminatlı ailələrin büdcəsinə böyük köməkdir. Rayon ağsaqqalları Sizin bu humanist addımınızı çox yüksək qiymətləndirir və dövlətimizin sosialyönümlü siyasətini daim dəstəkləyirlər.

Hörmətlə,

İsa Əhmədov

Zaqatala rayon Ağsaqqallar Şurasının sədri

Azərbaycan Respublikası, Zaqatala rayonu.