05 yanvar 2017, 13:30

Aydın Quliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Dünyanı bürümüş iqtisadi-siyasi böhran şəraitində yaranmış müvəqqəti çətinliyə baxmayaraq, Sizin xalqın qayğısına qalaraq Tarif Şurasının elektrik enerjisi və təbii qaza qoyulmuş limitlərinin artırılmasına göstəriş verməyiniz biz sadə insanların sevincinə səbəb oldu. Azərbaycan xalqının rifahı üçün atdığınız belə addımlar hər zaman bizə sevinc gətirir. Azərbaycanın çiçəklənməsi, həmçinin dünyada tanınması üçün göstərdiyiniz səylər təqdirəlayiqdir. Sizin bu humanist göstərişiniz xalqın iqtisadi durumunun yaxşılaşdırılmasına yönəldilmiş yeni addımdır. Xalq hər zaman Sizi dəstəkləyir.

Allahdan Sizə və ailənizə cansağlığı, uzun ömür arzulayıram. Sizə çox sağ ol deyir, özüm və ailəm adından dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Quliyev Aydın

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi.