06 yanvar 2017, 18:15

Vəzir Süleymanovdan, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tapşırığınıza əsasən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Tarif Şurasının təbii qaz üçün təsdiq etdiyi güzəştli illik istehlak həcmini 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisinin aylıq istehlak həcmini isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılması Tovuz ictimaiyyətinin ürəyincə oldu. Xalq Sizin daxili siyasətinizi bütün sahələrdə dəstəkləyir. Bu qərarınız bir daha onu göstərir ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz.

Xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə ailəm və rayon ictimaiyyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Süleymanov Vəzir.

Azərbaycan Respublikası, Tovuz rayonu.