09 yanvar 2017, 14:30

Şahmar Usubovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınıza əsasən elektrik enerjisi və təbii qazla bağlı Tarif Şurasının qərarında edilmiş dəyişiklik əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən bir addımdır. Biz bu addımı çox yüksək qiymətləndirir və buna görə Salyan rayon Marışlı kənd orta məktəbinin müəllim kollektivi adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Usubov Şahmar Fərzalı oğlu,

Marışlı kənd orta məktəbinin müəllimi. 

Azərbaycan Respublikası, Salyan rayonu.