09 yanvar 2017, 15:10

Sabir Novruzovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin tapşırığınıza uyğun olaraq, dekabrın 22-də Tarif Şurası təbii qazın və elektrik enerjisinin istehlak həcmi ilə bağlı limitin artırılması barədə qərar qəbul etdi. Bu, Sizin biz sadə vətəndaşlara olan qayğınızın bariz nümunəsidir.

Cənab Prezident, biz sadə vətəndaşlara göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və Kürdəmir sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Kürdəmir ziyalıları adından dərin hörmət və ehtiramla, 

Novruzov Sabir.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.