11 yanvar 2017, 12:15

Dəmir Nəbiyevdən, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin tapşırığınıza əsasən, Tarif Şurası tərəfindən əhali üzrə tarifi dəyişməyən elektrik enerjisinin aylıq istehlak həcminin 250 kilovat-saatdan 300 kilovat-saata, təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcminin isə 1500 kubmetrdən 1700 kubmetrə qaldırılması ailəmizdə böyük sevinc yaratmışdır. Biz bunu əhaliyə göstərdiyiniz diqqət və qayğının yeni nümunəsi kimi qiymətləndiririk.

Cənab Prezident, bu humanist addımın atılmasına görə öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Allah işlərinizi avand etsin!

Hörmətlə,

Nəbiyev Dəmir Rüstəm oğlu

Azərbaycan Respublikası, Göygöl rayonu, Balçılı kəndi.