12 yanvar 2017, 18:10

Nazim Hacaliyevdən, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə gedən inkişaf, quruculuq işləri bir Azərbaycan vətəndaşı kimi məni sevindirir.

Yaşadığım kəndin elektrik enerjisi, təbii qaz, yol və digər sosial problemləri həll olunub. Son zamanlar Sizin tərəfinizdən sahibkarlara göstərilən qayğı bizi hədsiz dərəcədə sevindirir. Bu günlərdə Sizin tapşırığınızla Tarif Şurasının qərarına əsasən işığın, qazın istifadəsində tətbiq edilən limitin artırılması bizim xeyrimizə olan amildir. Bu addımınızla Siz xalqın mənafeyini daim diqqət mərkəzində saxladığınızı bir daha təsdiq etdiniz.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Hacaliyev Nazim Ağayar oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.