Gerb

16 yanvar 2017, 22:20
W1siziisijiwmtcvmdevmtyvmw9ozxhyytjjnf8wmdiuanbnil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=5445f4e6fd93a173

Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvabın adından Dünya İqtisadi Forumunda on dəfədən artıq iştirak edən rəhbər şəxslər üçün qəbul təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulda iştirak edib.

Dövlətimizin başçısı İlham Əliyev tədbir çərçivəsində Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.

Xatırladaq ki, ötən il Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab Dünya İqtisadi Forumunda onuncu dəfə iştirak etdiyinə görə Davos fəxri üzvlər klubunun nişanını Prezident İlham Əliyevə təqdim etmişdi.


Böyük ölçüdə