24 yanvar 2017, 13:00

İlqar Ağayevdən, Ucar, Azərbaycan

Cənab Ali Baş Komandan,

Mənim oğlum Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçir. Bu yaxınlarda ailə üzvlərimlə birlikdə oğlumun görüşünə getmişdim. Orada gördüyümüz nizam-intizam, qanun və qaydalara riayət bizi valeh etdi. Əsgər oğlum hərbi hissədə hökm sürən ümumi ab-havadan, yaradılan şəraitdən razı qaldığını bildirdi.

Möhtərəm cənab Prezident, bu, Sizin uğurlu siyasətinizin nəticəsidir. Mən bir əsgər valideyni olaraq buna çox sevinirəm. Fəxr edirəm ki, övladım Azərbaycan Ordusunda xidmət edir. Gördüyüm mənzərə mənə deməyə əsas verir ki, biz Qarabağ torpaqlarını düşmən tapdağından tezliklə azad edəcəyik.

Bir əsgər atası kimi Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti Sizin kimi vətənpərvər oğullarımızın sayəsində həmişə qüdrətli olacaqdır.

Hörmətlə,

Ağayev İlqar Şəmil oğlu.

Azərbaycan Respublikası, Ucar rayonu, Lək kəndi.