24 yanvar 2017, 13:10

İradə Pirverdiyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Azərbaycan vətəndaşı olaraq hər zaman Sizin siyasətinizi dəstəkləmişəm və dəstəkləməkdə davam edəcəyəm.

Həyat yoldaşım Pirverdiyev Söhrab İsmayıl oğlu Bakı şəhərinin Nizami rayonunun birinci şəhididir. İlk növbədə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, bizə bəslənən hörmətə görə Sizə təşəkkür edirəm. Eyni zamanda, ölkə vətəndaşlarının Sizə müraciətlərini, o cümlədən təkliflərini ünvanlaması üçün yaxşı şəraitin yaradılması bizi razı salır.

Cənab Prezident, Sizin rəhbərliyiniz altında ölkəmizin daha da inkişaf edəcəyinə inanır və fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Pirverdiyeva İradə Taqı qızı,

şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.