Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Respublika günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Hindistanı dərin tarixi kökləri və xoş ənənələri olan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, dostluq münasibətlərimizin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 yanvar 2017-ci il.