Gerb

27 yanvar 2017, 11:00
W1siziisijiwmtcvmdevmjcvn3hoc2lmohqxyl9va3jhaw5hx2zpbmfslmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=bab9e8dfa7ac282d

Prezident İlham Əliyev Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edib.

Ukraynanın sosial siyasət naziri Andrey Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını dedi. O, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Ölkəmizin bu sahədə əldə etdiyi uğurların böyük önəm daşıdığını deyən Andrey Reva Azərbaycanın əldə etdiyi təcrübə və nailiyyətlərin Ukraynanın sosial müdafiə sistemində həyata keçirilən islahatlar baxımından da maraq doğurduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanda sosial təminat sahəsində işlərin uğurla davam etdirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sosial siyasətlə bağlı məsələlərin nizama salınması istiqamətində də böyük işlərin aparıldığını dedi. Sosial siyasətin Azərbaycanda həmişə prioritet məsələlərdən biri olduğunu və ciddi iqtisadi islahatların aparıldığı dövrdə də bu sahəyə böyük önəm verildiyini deyən Prezident İlham Əliyev kommunal xərclərin, tariflər, sosial təminat, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, pensiyalar, sosial infrastruktur və digər sahələrin maliyyələşdirilməsinin dövlət səviyyəsində həyata keçirildiyini bildirdi.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.


Böyük ölçüdə