28 yanvar 2017, 15:00

Samir Quliyevdən, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident, 

​Bu gün Azərbaycanda müxtəlif xalqların, milli azlıqların və etnik qrupların nümayəndələri yaşayır. İnkişaf etmiş bir çox ölkələr multikulturalizmi inkişaf etdirməkdən qorxsa və çəkinsə də, ölkəmizdə bu proses sürətlə gedir, müxtəlif millətlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı təmin olunur.  

​Birinci Avropa Oyunlarının, Formula-1 yarışının, Dünya Şahmat Olimpiadasının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi və bütün dünyanın nəzərinin Azərbaycana yönəlməsi, respublikamızın ərazi bütövlüyünün təmini istiqamətində atılan addımlar, Azərbaycan həqiqətlərinin, həmçinin gənc ölkə olmasına baxmayaraq, sürətli dinamik inkişafının, yüksək təşkilatçılıq qabiliyyətinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif ölkələrin nümayəndələrinin bu həqiqətləri öz gözləri ilə görmələrinə şərait yaradılması, əlbəttə ki, Sizin uzaqgörən və düşünülmüş siyasətinizin nəticəsidir. 

​Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Sizin tərəfinizdən inamla davam və inkişaf etdirilir. Elə bunun nəticəsidir ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdi. Demək olar ki, bu gün Azərbaycan artıq multikulturalizmin mərkəzinə çevrilib.

Azərbaycan gəncləri olaraq biz də həyata keçirdiyiniz siyasətinizdən və görülən işlərdən üzərimizə düşən vəzifə və öhdəlikləri yerinə yetirəcəyimizə söz veririk. Allah Sizi qorusun. 

​Hörmətlə,

​Quliyev Samir Tehran oğlu.

​Azərbaycan Respublikası, Füzuli rayonu.