Gerb

29 yanvar 2017, 11:50
W1siziisijiwmtcvmdevmjkvm3lzzwtzdg40nv8ymde3xzaxxzi5xze1ljuylji0lnbuzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=80a90e8040b0ec33

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparıldı, bu islahatların yaxından izlənildiyi qeyd olundu.

Azərbaycan Respublikası Prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulandı, bu görüşlər dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirildi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrə toxunuldu, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi əminliklə qeyd olundu.

Daha sonra Azərbaycan-İsrail əlaqələrindən danışıldı, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirildi, İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərinin bu əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Sonda xatirə şəkli çəkdirildi.


Böyük ölçüdə