30 yanvar 2017, 17:30

Oktay Həziyevdən, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verdiyiniz Sərəncamı ürəkdən bəyənirik.

Mən 23 ildir ki, ailəmlə birlikdə Cocuq Mərcanlı kəndində yaşayıram. Sizin verdiyiniz Sərəncam burada yaşayan yeganə ailə kimi bizə ruh yüksəkliyi verir. İnanırıq ki, işğal altında olan digər torpaqlarımız da Sizin komandanlığınız altında tezliklə azad ediləcək və həmin ərazilərdə yeni quruculuq işlərinə başlanılacaq.

Cənab Prezident, mən və ailə üzvlərim Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür və işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Həziyev Oktay Əbil oğlu.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi.