31 yanvar 2017, 12:00

Əkbər Məhərrəmovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz Sərəncam bizi çox sevindirdi. Biz bu Sərəncamı böyük qayıdışın başlanğıcı kimi qəbul edirik.

Biz - Cəbrayıl rayon Sirik kənd tam orta məktəbin kollektivi inanırıq ki işğal olunmuş torpaqlarımız Sizin rəhbərliyiniz ilə işğaldan tezliklə azad olunacaq və bütün kəndlərimiz bərpa ediləcəkdir.

Kollektivimiz adından Sizə minnətdarlığımızı bildiririk.

Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbin kollektivi adından dərin hörmətlə,

Məhərrəmov Əkbər Abdurəhim oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu, Binəqədi şosesi