31 yanvar 2017, 14:00

Nüsrət Hünbətalıyev və başqalarından, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, gözəl insan, alicənab şəxsiyyət, müdrik siyasətçisiniz.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz Sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb olmaqla bərabər, Qarabağ torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə böyük inam yaratdı.

Cənab Prezident, xalqımız Sizə güvənir. Əminik ki, Lələtəpədə yüksələn üçrəngli bayrağımız Sizin rəhbərliyiniz ilə Laçında, Şuşada, Kəlbəcərdə, Xocalıda, Ağdamda, Füzulidə, Xankəndidə və işğaldan azad olunacaq digər torpaqlarımızda da dalğalanacaqdır. 

Hörmətlə,

Hünbətalıyev Nüsrət

Məstəliyev Emin

Abdullayev Tapdıq.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.