01 fevral 2017, 11:30

Mustafa Şirinovdan, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz Sərəncam bütün xalqımızın sevincinə səbəb oldu. Biz bir daha əmin olduq ki, işğal altında olan torpaqlarımız müdrik Prezidentimizin rəhbərliyi ilə nəyin bahasına olursa olsun tezliklə azad ediləcək, bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Cənab Prezident, cəbrayıllılar həmişə Sizi dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər.

Hörmətlə,

Şirinov Mustafa Surxay oğlu.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, 4 saylı qəsəbə.